Bu yazıda biznesdə ayaq açıb yeriyən, o qədər də maneə ilə üzləşməyən, eyni zamanda saxta hesab etdiyim tezislərə münasibət bildirirəm. Bunlar o tezislərdilər ki, bunların köməkliyi ilə ya hansısa qrup məsuliyyəti öz üzərindən atmağa çalışır, ya da hansısa hərəkətinə “haqq qazandırır”.
1) Sistem yaxşıdırsa, rəhbərin kim olmasının çox da əhəmiyyəti qalmır.
Bu boyda da absurd olar? Əlbəttə ki, sitemin möhkəm və işlək olması şirkəti hansısa fərdlərin asılılığından qurtarır. Amma bu, o demək deyil ki, rəhbərin kim olmasının fərqi yoxdur. Bunlar hər ikisi vacib şərtdir.
Misal olaraq dövləti götürək. Demək olar ki, bütün dövlətlərin qanunvericiliyi bənzərdir, yaxşı işləməyə imkan verir. Bu qanunların işləməsini təmin edən rəhbərə ehtiyac yoxdurmu?
2) İşlədiyin şirkətə bütün hallarda loyal olmalısan. Niyə? Loyallıq dediyimiz şey birtərəfli olmaz. Heç kim kiməsə və ya nəyəsə loyal olmaq məcburiyyətində deyil. Şirkət işçisinə şərait yaratsın, ona sahib çıxsın, şirkəti işçinin özününkü kimi qəbul etdirsin, sonra loyallıq gözləsin.
O başqa söhbət ki, ya loyal olacaqsan, ya da şirkəti tərk edəcəksən. Buna görə də işçinin iş yerini dəyişməsinə hər zaman normal baxmaq lazımdır. İşlədiyi şirkət onun karyera məqsədlərinə uyğun gəlmirsə, işçi niyə dayansın ki orda?
3) Liderlər anadangəlmə lider kimi doğulur. Belə bir şey yoxdur. Lideri şərait yetişdirir. İnsanın aldığı tərbiyə, ətrafındakı insanların bilik səviyyəsi, həyat tərzi, maraqları və s. digər amillər liderin formalaşmasına gətirib çıxarır.
4) Demokratik idarəetmə bizim üçün deyil. Bu, “xalqımız demokratiyaya hazır deyil” cəfəngiyyatından fərqlənmir mahiyyətcə. Bu barədə ayrıca bloq yazım var:
http://abayramov.wordpress.com/2012/02/17/demokratik-idar%C9%99etm%C9%99-bizim-ucun-deyil/
5) Biznes kitabları Azərbaycan üçün deyil. Bu sözlə də çox rastlaşırlar biznes kitabları oxuyanlar. Necə Azərbaycan üçün olmaya bilər axı? Azərbaycanda olsa-olsa mühit fərqli olar. O kitablarda da mühitin fərqli olması inkar edilmir. Özü də fikir vermisinizsə, bu sözü deyənlər əsasən bir dəfə də olsun kitab oxumayanlardır. 🙂
12 il əvvəl
Bu fikrinlə tamamilə razıyam 🙂 “Biznes kitabları Azərbaycan üçün deyil – Özü də fikir vermisinizsə, bu sözü deyənlər əsasən bir dəfə də olsun kitab oxumayanlardır.”
Ancaq “Liderlər anadangəlmə lider kimi doğulur. Belə bir şey yoxdur. Lideri şərait yetişdirir. İnsanın aldığı tərbiyə, ətrafındakı insanların bilik səviyyəsi, həyat tərzi, maraqları və s. digər amillər liderin formalaşmasına gətirib çıxarır.” məsələsində sizinlə qismən razılaşıram. Çünki tam da olmasa doğrudan dan Lider doğulmaq lazımdır. İnsanlar var ki, ətrafdakı mühit, tərbiyə, bilik və dünyagörüş səviyyəsi onu lider edə bilmir. Çünki bu insanın təbiətində bu olmur, bu insan bunu bacarmır. Zorla belə bir şəxsi lider etmək ya da bu insanın özünü lider kimi göstərməyə çalışması mümkün deyil. 😉
12 il əvvəl
Anar, olduqca maraqlı və digər yazılarından fərqli üslubda yazmısan. Siyahını artıra da bilərdin 🙂
12 il əvvəl
Tamamile raziyam Anar. Hec kes dogulanda lider ve ya chempion dogulmur. Sadece yasha dolub etraf-alemi daha yaxshi anladiqca ve oz uzerinde mutemadi calishdiqda bu keyfiyyetler yaranir. Daha cox sey gosterenler ise bu keyfiyyetleri qoruyub saxlayirlar ve ireliye dogru addimlar atirlar. Bezileri ise tenbellikden hec ne oyrenmirler ve “MEN HARA LIDER HARA” deyib yan kecirler.
12 il əvvəl
Anar mlm ela yazıdır zövqlə oxudum. Əksəriylə razıyam bircə “Liderlər anadangəlmə lider kimi doğulur” məsələsində mən fərqli düşünürəm. İdarəci kimi kimisə yetişdirmək olar amma liderlik bir insanda ya var ya yoxdu. Beli infişaf etdirib etdirməməyi müzakirə oluna bilər.