Böyük şirkətlərin əsas problemlərindən biri də süni mürəkkəblikdir. İşçilər və biznes proseslər əsassız “yüklənir”lər. Qarmaqarışıqlıq, fokusdan yayınma halları.
Məsələn, 1) İşçilər həddən artıq çox hesabatlarla yüklənirlər. Əsas iş funksiyalarını yerinə yetirməyə normal vaxt tapa bilmirlər.
2) ERP sistemlərinin imkanlarının çox olduğunu bilən rəhbərlik sistemin bütün imkanlarından yararlanmağa çalışır. Nəticədə fokusdan yayınma (locus of focus) olur. Bütün alətlərdən, proqramın bütün imkanlarından istifadəyə cəhd mənasız və ziyanlıdır. Resurslar (vaxt, enerji və s.) da israf olur.
3) İşçilərə ay ərzində 7-8 (bəzən daha çox) fərqli hədəflər qoyulur. Təbii ki, belədə fokuslanmaq mümkün deyil. Keyfiyyət və effektivlik aşağı düşür.
Misallar çox çəkmək olar…
Əslində sadə baxmaq lazımdır biznesə. Sadəlik bir çox hallarda üstünlükdür. Stress də az olur. Çeviklik də artır. Həddən artıq çox analiz də yanlışdır (analiz-paraliz məsələsi). Bəzən “ağıllı” fikirləşincə “dəli” tullanıb çayı keçir. 🙂 Biznesdə də belədir.
Son illər şirkətlərdə effektivliyi artırmağın ən populyar yollarından biri biznes proseslərdə olan mürəkkəbliyin azaldılması (complexity reduction) hesab olunur.