Warning: Missing argument 1 for esc_html(), called in /home/bayramov/anarbayramov.com/www/wp-content/themes/clesarmedia/header.php on line 52 and defined in /home/bayramov/anarbayramov.com/www/wp-includes/formatting.php on line 3540

ANAR BAYRAMOV KİMDİR ?

bir neçə il əvvəl…

1985-ci ildə İsmayıllı şəhərində anadan oldum.

2002-ci ildə İsmayıllı şəhər 1 saylı orta məktəbi bitirdim.

Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul oldum. 2-ci kursdan Xüsusi İstedadlar Qrupuna keçirildim, 2006-cı ildə bakalavr pilləsini başa vurdum.

1 il (2006-2007) Daxili Qoşunlarda hərbi xidmətdə oldum.

2008-2010-cu illərdə İqtisad Universitetində magistr dərəcəsi aldım.

2005-2008-ci illərdə MÜLLER İNTERYER şirkətində mühasib, baş mühasib, maliyyə direktoru vəzifələrində işlədim.

2008-2011-ci illərdə MÜLLER İNTERYER şirkətinin direktoru oldum.

2012-ci ildə bir müddət İDEA şirkətində baş direktor müavini işlədim.

2012-2013-cü illərdə ORO MEBEL şirkətinin baş meneceri oldum.

2013-2015-ci illərdə AZGRANATA şirkətində vitse-prezident işlədim.

2015-2017-ci illərdə DəmirBank ASC-nin Marketinq Departamentinin direktoru kimi çalışdım.

2017-ci ilin aprel ayından başlayaraq Azgranata Distribution şirkətinin baş direktoruyam.

2013-2017-ci illərdə İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq tədrisi ilə məşğul olmuşam.

Marketing AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisiyəm.

Azərbaycanın ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumunun (MMF) təsisçilərindən biriyəm.

3 biznes kitabının – “Biznes İdarəçiliyi – Anar Bayramov ilə” (Bakı-2018), “Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) müəllifiyəm.